Haqqımızda

Şirkət haqqında

Vegaplast şirkəti 2000-ci ildən fəaliyyət göstərir. Həmin vaxt şirkətimiz yalnız kanalizasiya borularının istehsalı ilə məşğul olmuş və qısa zamanda böyük məsafə qət etmişdir. Beləki hazırda şirkət müxtəlif növ ölçüdə kanalizasiya boruları ilə yanaşı, içməli su boruları və onların aksesuarları, SKYPEN, Eurodecor və Qlobal markalı qapı-pəncərə profilləri, Eurodecor markalı pəncərə altı profili, qapı panelləri, dəstək sacları, rezin, karniz, navalça, sliv istehsalı və satışı ilə məşğuldur. 

Bundan başqa şirkətimiz bir sıra plastik xammalların satışını da təşkil edir. 
Şirkət fəaliyyətə başladığı dövrdən bu günə qədər geniş alıcı kütləsini özünə cəlb edə bilmişdir. Məqsədimiz xalqımıza yüksək keyfiyyətli məhsul və xidmət təqdim etməkdir. 
2010-cu ilin əvvəlindən etibarən şirkətimiz ölkədə ilk dəfə plastik istehsalında ən təmiz və etibarlı maddə sayılan polipropilendən birdəfəlik qabların istehsalına da başlamışdır. Digər sahələrdə olduğu kimi artıq bu sahədə də böyük uğurlar  qaznılmışdı.
2019-cu ildən etibarən şirkətimiz mebel kənarbantları və pp çəmbər bantı istehsalına başlamışdır.
Şirkətimiz öz işlərində mütəxəssis olan  200-ə yaxın işçi heyəti ilə bundan sonra xalqımıza daha çox xidmət göstərəcəkdir.
Vizyon
Fəaliyyət göstərdiyimiz sahələrdə bazarın lideri olmalıyıq , ikinciliyi qəbul etmirik!
Missiya
Biz cəmiyyəti təmiz , sağlam və keyfiyyətli ,eyni zamanda münasib qiymətə məhsullarla təmin edirik.
Dəyərlər
Bizə olan etimadı doğrultmağı və gözləntiləri aşmağı hədəfləyirik. Müştərilərimizə keyfiyyətli məhsul və xidmət, həmçinin münasib qiymət, əməkdaşlarımıza stabil iş mühiti, inkişaf imkanları və ideyalarını reallaşdırma şəraiti təqdim edirik. Bizim üçün müştəri ilə yanaşı, əməkdaşlarımız da dəyərli aktivdir. Müştərilərimizin aldığı xidmətdən, əməkdaşlarımızın isə yerinə yetirdiyi işdən razı qalmasına nail olmağa çalışırıq.